воскресенье, 9 марта 2014 г.

Gələcəyə ümidlə

İqtisadiyyatın idarə olunmasını bizə tapşırsaydılar ilk öncə əhalinin  az təminatlı hissəsinin normal həyat səviyyəsinə malik olmasını təmin edərdik.
    Tam İqtisadi müstəqilliyi təmin edən milli iqtisadiyyatı  formalaşdırardıq.Ölkəmizin iqtisadiyyatını elə bir səviyyəyə çatdırardıq ki,heç bir xarici bazardan  asılı olmasın. Bu elə bir iqtisadiyyat olmalıdır ki:
 1) o, öz ehtiyyatları ilə cəmiyyətin mövcud tələbatlarını ödəməyə qadir olsun;
 2)özünün yetkin milli bazarı və bu bazarın tələblərinə cavab verən iqtisadi quruluşu olsun;
 3) öz dayaqları üzərində inkişaf edə bilsin və özünü təkrar istehsal etmək qabliyyətinə malik olsun;
 4) müstəqil, möhkəm valyutası, maliyyə kredit, bank sistemi fəaliyyət göstərsin.


KAPİTALİZMİN QƏLƏBƏSİ

Artıq bizə bəlli olur ki, müasir insanların psixologiyası da bazar iqtisadiyyatına uyğundur bu iqtisadiyyat şəxsi maraq və manafeləri ön plana çəkir. Araşdırmalarımızdan belə nəticəyə gəldi ki, bazar iqtisadiyyatı özünün üstünlükləri ilə sosialist iqtisadiyyatını geridə qoydu. İnsanların bazar iqtisadiyyatını seçməklə uğur qazanmasının səbəbi bazar iqtisadiyyatının elementləridir. Bunlar xüsusi mükiyyət, azad qiymətlər, rəqabət və sahibkarlıq qabiliyyətidir. Hətta əldə etdiyimiz məlumatlara əsasən bəzi iqtisadçıların bunları sivilizasiyanın əsası da hesab edirlər.Bu iqtisadiyyat ictimai maraqları deyil ,şəxsi maraqları  irəli çəkir.Gördüyü işin sonunda insanın maddi marağı təmin olunursa ,bu insanda işinə marağı, həvəsi artırır. 

 İqtisadi sistemlərdən hansı yaxşıdır sualına görkəmli ABŞ iqtisadcısı Ç.Helbreyt belə cavab verir: «Ən yaxşı iqtisadi sistem insanların çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödəməyə qadir olan sistemdir». 


  

Müasir iqtisadi sistem

Azad bazar iqtisadiyyatıdır.Burada iqtisadiyyat  azad  demokratik  prinsiplər əsasında  idarə olunur.İstehsalın təşkil və idarə olunması bazar qanunları  əsasında  aparılır.Rəqabət ,tələb və təklif qanunu,əmək məhsuldarlığının artırılması qanunu,tələbatın artması qanunu və s  bazar qanunlarıdır.Tələbat- insanın mədəni, maddi səviyyəsinə uyğun olaraq  özünəməxsus formaya düşmüş ehtiyacıdır.
Tələb -bazarda   təcəssüm olunan  ,müvafiq pul vasitəsi ilə təmin olunan tələbatların  ifadə formasıdır.Tələb bizim  alıcılıq qabiliyyətimizdir. Tələblə qiymət arasında tərs mütənasiblik var.Qiymət yüksək olduqda tələb azalır, qiymət aşağı olduqda tələb artır.


Təklif - bazarda yerləşdirilən və oraya göndərilə bilən  ətmtəə və xidmətlərin cəmidir..Bazar iqtisadiyyatının əsas  elementləri xüsusi mülkiyyət ,bazar rəqabəti, qiymətlər sistemi,sahibkarlıq qabiliyyətidir.
Rəqabət- bazar iqtisadiyyatının  əsas elementidir.Bu elə bir mübarizədir ki,nəticədə istehsalçılar daha aşağı qiymətlərlə,daha keyfiyyətli məhsullar alır,işçilərə daha  yüksək əmək haqqı verilir, şirkət sahibləri qoyduqları pul müqabilində daha yüksək  gəlir əldə edir..Xüsusi mülkiyyət müəyyən sərvətə sahib olmaq,onu mənimsəmək,istifadə etmək deməkdir. Tutaq ki,telefon ,paltar,velosiped və ya kompyuter bizim şəxsi əşyalarımızdır



.Onda biz ona qayğı ilə yanaşırıq.Əks halda əlavə xərclərlə rastlaşmalı olarıq.Xüsusi mülkiyyətə malik olmaq ,ona nəzarət etmək mülkiyyətçilərə öz sərvətlərindən səmərəli istifadə etmək imkanı verir
Müasir iqtisadiyyat insanların fəaliyyət azadlığını təmin edir.İnsanı ağlını və bacarığını inkişaf etdirməyə yönəldir. Müasir texnologiyanın istehsala tətbiqi  yüksək ixtisaslı mütəxəssislər tələb edir.
İnsanlar bir-birləri ilə əmtəə (satış üçün istehsal edilən məhsul) alqı- satqısına girdikdə müxtəlif mallara,xidmətlərə özləri qiymət təyin edirlər.Ona görə də bazar iqtisadiyyatı  azad qiymətqoyma sistemi hesab olunur.
Dövlət iqtisadiyyatı tənzimləyir, istesalı təşkil edən sahibkarlar, idarə edənlər isə menecerlərdir.
 Hər kəs bazarda sərbəst şəkildə iştirak edir. Sahibkarlar həm alıcı , həm də satıcı kimi , sahibkar olmayanlar alıcı kimi iştirak  edirlər. Bundan  başqa emalatxana ,atelye ,mağaza,firma, kiçik istehsal müəssisələri açmaqla, banklara, sığorta şirkətlərinə və digər maliyyə təşkilatlarına pul qoymaqla bazarda iştirak edə bilərlər.



ƏVVƏLKİ İQTİSADİ SİSTEM

 Ədalətdən danışılırdı,təcrübədə sərt inzibatçılıq ədalətsizliyə gətirirdi.

İnsan ağılı , bacarığı  məhdudlaşdırılırdı

.
İstehsal vasitələri (əmək vasitələri,əmək predmeti)   üzərində dövlət mülkiyyəti idi.
İqtisadiyyat mərkəzin verdiyi plan əsasında idarə olunurdu.Bu da istehsal fazaları(istehsal,bölgü, mübadilə,istehlak) arasında  əlaqəni pozurdu.

Əsas idarəedici orqan komunist partiyası idi.Komunist partiyası iqtisadi siyasəti hazırlayırdı.Dövlət Plan komitəsi onu icra edirdi.
Rəqabət movcud  deyildi.
Azad qiymətqoyma yox idi.