воскресенье, 9 марта 2014 г.

Müasir iqtisadi sistem

Azad bazar iqtisadiyyatıdır.Burada iqtisadiyyat  azad  demokratik  prinsiplər əsasında  idarə olunur.İstehsalın təşkil və idarə olunması bazar qanunları  əsasında  aparılır.Rəqabət ,tələb və təklif qanunu,əmək məhsuldarlığının artırılması qanunu,tələbatın artması qanunu və s  bazar qanunlarıdır.Tələbat- insanın mədəni, maddi səviyyəsinə uyğun olaraq  özünəməxsus formaya düşmüş ehtiyacıdır.
Tələb -bazarda   təcəssüm olunan  ,müvafiq pul vasitəsi ilə təmin olunan tələbatların  ifadə formasıdır.Tələb bizim  alıcılıq qabiliyyətimizdir. Tələblə qiymət arasında tərs mütənasiblik var.Qiymət yüksək olduqda tələb azalır, qiymət aşağı olduqda tələb artır.


Təklif - bazarda yerləşdirilən və oraya göndərilə bilən  ətmtəə və xidmətlərin cəmidir..Bazar iqtisadiyyatının əsas  elementləri xüsusi mülkiyyət ,bazar rəqabəti, qiymətlər sistemi,sahibkarlıq qabiliyyətidir.
Rəqabət- bazar iqtisadiyyatının  əsas elementidir.Bu elə bir mübarizədir ki,nəticədə istehsalçılar daha aşağı qiymətlərlə,daha keyfiyyətli məhsullar alır,işçilərə daha  yüksək əmək haqqı verilir, şirkət sahibləri qoyduqları pul müqabilində daha yüksək  gəlir əldə edir..Xüsusi mülkiyyət müəyyən sərvətə sahib olmaq,onu mənimsəmək,istifadə etmək deməkdir. Tutaq ki,telefon ,paltar,velosiped və ya kompyuter bizim şəxsi əşyalarımızdır



.Onda biz ona qayğı ilə yanaşırıq.Əks halda əlavə xərclərlə rastlaşmalı olarıq.Xüsusi mülkiyyətə malik olmaq ,ona nəzarət etmək mülkiyyətçilərə öz sərvətlərindən səmərəli istifadə etmək imkanı verir
Müasir iqtisadiyyat insanların fəaliyyət azadlığını təmin edir.İnsanı ağlını və bacarığını inkişaf etdirməyə yönəldir. Müasir texnologiyanın istehsala tətbiqi  yüksək ixtisaslı mütəxəssislər tələb edir.
İnsanlar bir-birləri ilə əmtəə (satış üçün istehsal edilən məhsul) alqı- satqısına girdikdə müxtəlif mallara,xidmətlərə özləri qiymət təyin edirlər.Ona görə də bazar iqtisadiyyatı  azad qiymətqoyma sistemi hesab olunur.
Dövlət iqtisadiyyatı tənzimləyir, istesalı təşkil edən sahibkarlar, idarə edənlər isə menecerlərdir.
 Hər kəs bazarda sərbəst şəkildə iştirak edir. Sahibkarlar həm alıcı , həm də satıcı kimi , sahibkar olmayanlar alıcı kimi iştirak  edirlər. Bundan  başqa emalatxana ,atelye ,mağaza,firma, kiçik istehsal müəssisələri açmaqla, banklara, sığorta şirkətlərinə və digər maliyyə təşkilatlarına pul qoymaqla bazarda iştirak edə bilərlər.



Комментариев нет:

Отправить комментарий